• Bakı 18° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.0981

Tramp yaxşı başa düşür ki... - İki lider arasında yaranmış bu münasibət faydalar gətirə bilər

SİYASƏT

14 Oktyabr 2025 | 13:46

Tramp yaxşı başa düşür ki... - İki lider arasında yaranmış bu münasibət faydalar gətirə bilər

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdədir. Dövlət başçısı Sammitin keçirildiyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzində dünya liderləri ilə birgə sülh sazişinin imzalanmasında iştirak edib.

ABŞ Prezidenti orada bir daha Ermənistan və Azərbaycan arasında 33 illik münaqişəyə siyasi çərçivədə onun vasitəçiliyi ilə son qoyulduğunu və bunun vacibliyini xatırladıb. Dövlətimizin başçısı haqqında danışan Tramp: "O, çox güclü bir liderdir, işini çox yaxşı görür” fikrini səsləndirib.

Siyasi şərhçi Abutalıb Səmədov Bakıvaxtı.az-a deyib ki, ABŞ prezidenti Donald Tramp 8 avqustda Vaşinqtonda cənab İlham Əliyevlə görüşündən sonra Azərbaycan lideri haqqında xoş sözlər söyləməyə başladı.

Ekspert vurğulayıb ki, bu, sadəcə həmin görüşünün təsirindən yaranmış mənzərə deyildi:

"Trampın komandası və onun köməkçiləri Azərbaycan-Ermənistan münaqişəsi və sülh prosesi və bu məsələdə Azərbaycan lideri İlham Əliyevin göstərdiyi siyasi iradə barədə Ağ Ev rəhbərini ətraflı məlumatlandırmışdılar. Tramp bunun nə demək olduğunu çox yaxşı anlayan siyasətçidir”.

Müsahibimiz qeyd edib ki, Rusiya və İranla qonşuluqda yerləşən bir ölkə liderinin bu qədər ağıllı, uzaqgörən siyasət yeritməsi, yeri gələndə qətiyyətli, sərt mövqe ortaya qoyması hər dövlət başçısının bacara biləcəyi iş deyil. Trampın Azərbaycan liderinə verdiyi dəstəyin kökündə də dövlət başçımızın yeritdiyi xarici siyasət, Rusiya və İrana qarşı müəyyən məqamlarda sərgilədiyi qəti mövqe dayanır".

Abutalıb Səmədov: Trampın Əliyevə verdiyi dəstəyin kökündə dövlət başçımızın yeritdiyi xarici siyasət dayanır

Həmsöhbətimizin sözlərinə görə, Tramp yaxşı başa düşür ki, Azərbaycan və Ermənistan arasında sülh sənədinin paraflanmasında həlledici rol məhz Prezident İlham Əliyevə məxsusdur:

"Çünki bu layihənin təşəbbüskarı İlham Əliyevdir. Ermənistan tərəfi isə prosesi ləngidən təkliflər verib, sonradan bundan imtina etmək məcburiyyətində qalıb. Müharibənin ardınca sülhün baza prinsiplərini gündəmə gətirən və prosesi ardıcıl şəkildə irəliyə daşıyan Azərbaycan lideri olub. ABŞ prezidenti bunları bildiyi üçün İlham Əliyev haqqında daim xoş sözlər söylərir, onu böyük lider adlandırır. Əliyev ilə Tramp arasında yaranmış bu münasibət gələcəkdə dövlətimizə böyük üstünlüklər, faydalar gətirə bilər".

Aydın Baxış


SON XƏBƏRLƏR