• Bakı 15° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Aİ səfiri: Ukrayna və Moldova Gürcüstandan xeyli irəlidədir

SİYASƏT

13 Noyabr 2025 | 11:37

Aİ səfiri: Ukrayna və Moldova Gürcüstandan xeyli irəlidədir

Ukrayna və Moldova genişlənmə prosesinə görə Gürcüstandan əhəmiyyətli dərəcədə irəlidədir.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski deyib.

Onun sözlərinə görə, Ukrayna xalqı Rusiya təcavüzünə qarşı mübarizə aparmaqla yanaşı, son dərəcə çətin və çağırışlarla dolu islahatlar həyata keçirir. Moldova da Rusiyanın hibrid müharibəsi səbəbindən təzyiq altındadır:

"Buna baxmayaraq, yaxın zamanda moldovalılar parlament seçkilərində Avropayönlü kursu dəstəklədilər. Həm Ukrayna, həm də Moldova Avropa İttifaqına üzvlüyə doğru irəliləyir və bu məqsədə yaxınlaşır. Təəssüf ki, Gürcüstanla bağlı tam əks mənzərəni müşahidə edirik. Namizəd statusunun verilməsindən iki il sonra Gürcüstan indi Avropa İttifaqından 2023-cü ildəkindən də uzaq vəziyyətdədir".

Gülşən Şərif


SON XƏBƏRLƏR

12 Noyabr 2025