• Bakı C

    13.07 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Səttarxanın nəvəsi Bakıda - FOTO

SİYASƏT

13 Noyabr 2025 | 10:08

Səttarxanın nəvəsi Bakıda - FOTO

Azərbaycan Milli Azadlıq Hərəkatının görkəmli simalarından olan Səttarxanın nəvəsi Sami Sərdarə Milli Bakıya səfər edib.

Bakıvaxtı.az bildirir ki, bu barədə fotonu yazıçı və publisist Həmid Herişçi sosial şəbəkədə paylaşıb.

Məlumata görə, Səttarxanın nəvəsi Bakıda Zəfər parkını da ziyarət edib.

Qeyd edək ki, Səttarxan XX əsrin əvvəllərində Cənubi Azərbaycanda milli azadlıq hərəkatının rəhbərlərindən biri olub. O, Təbrizdə baş verən məşrutə inqilabında xalqın hüquq və azadlıqları uğrunda mübarizəyə rəhbərlik edib və milli dirənişin simvoluna çevrilib.

Onun görüntüsünü təqdim edirik: 

Əli Hüseynov


SON XƏBƏRLƏR

30 Dekabr 2025