Dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm proseslərin getdiyi bir zamanda Azərbaycanın qlobal siyasətdə rolu daha da güclənir.
Yaxın Şərqdə sülhün bərqərar olması, ədalətli dünya nizamının formalaşması kimi təşəbbüslərdə ölkəmizin mövqeyi getdikcə daha çox ön plana çıxır. Bu baxımdan Yaxın Şərq Sammiti Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun və söz sahibinin təsdiqi oldu.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamar verən Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Yaxın Şərq Sammiti Azərbaycanın qlobal siyasətdə artan rolunu və ədalətli mövqeyinin qəbul olunduğunu göstərdi:
"Yeni dünya nizamında əsas çağırış ədalətə və beynəlxalq hüquqa söykənən sülhün, təhlükəsizliyin təminidir. Azərbaycan uzun illər beynəlxalq hüququn tətbiqi və BMT qətnamələrinin icrası üçün vahid mexanizmin vacibliyini vurğulayıb".
Onun sözlərinə görə, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakı bu reallığın təsdiqidir:
"Sammitdə İsrail-Fələstin münaqişəsinə son qoyulması, Qəzzanın bərpası və atəşkəslə bağlı saziş əsas müzakirə mövzuları oldu".
Vüqar Rəhimzadə: Ölkəmizin çağırdığı ədalətli dünya ideyası reallığa çevrilir
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Azərbaycanın sammitə dəvət olunması onun beynəlxalq nüfuzunun, qlobal problemlərin həllində rolunun göstəricisidir:
"Ölkəmizin çağırdığı ədalətli dünya ideyası reallığa çevrilir, Azərbaycan isə bu prosesdə söz sahibi olan dövlət kimi çıxış edir".
Əli Hüseynov