• Bakı 18° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.0981

Zelenski: Rusiyanın hücumları Ukraynanın enerji sistemini hədəf alıb

DÜNYA

14 Oktyabr 2025 | 12:39

Zelenski: Rusiyanın hücumları Ukraynanın enerji sistemini hədəf alıb

Rusiya gecə ərzində Ukraynanın enerji infrastrukturuna kütləvi hava zərbələri endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, 96 pilotsuz təyyarə buraxılıb, lakin onların hamısını vurmaq mümkün olmayıb.

Bundan əlavə, Xarkovda xəstəxanaya hücum nəticəsində 57 nəfər yaralanıb, bir sıra bölgələrdə enerji və dəmir yolu obyektlərinə ziyan dəyib.

Zelenski Rusiyanın enerji sistemlərinə hücumlarının qarşısını almaq üçün Ukraynanın səmasının bağlanmasının vacibliyini vurğulayıb.

O, Qərb tərəfdaşlarını “Patriot”, “NASAMS” və digər hava hücumundan müdafiə sistemləri ilə dəstək verməyə çağırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR