Avropa İttifaqı və Hindistan donanmaları Somali sahillərində piratlar tərəfindən istifadə edilən "İssamohamadi" adlı gəmiyə nəzarəti ələ keçiriblər.
Bakıvaxtı.az “Euronews”a istinadən xəbər verir ki, həmin gəmi Malta bayraqlı “Hellas Aphrodite” tankerini ələ keçirmək üçün ana gəmi rolunu oynayıb.
İspaniyanın ESPS Victoria freqatı gəmidəki 24 nəfərlik heyətin təhlükəsiz olduğunu açıqlayıb. Avropa İttifaqının “Atalanta” əməliyyatı isə bildirib ki, pirat qrupunun fəaliyyəti dayandırılıb və toplanan sübutlar cinayətkarların məhkəməyə verilməsi üçün istifadə olunacaq.
Qeyd edək ki, Somali piratçılığı 2011-ci ildə ən yüksək səviyyəyə çataraq dünya iqtisadiyyatına təxminən 6 milyard avro zərər vurmuşdu. Son bir ildə hücumların yenidən artdığı müşahidə olunur. Bununla belə, “Hellas Aphrodite” 2024-cü ilin may ayından bəri ələ keçirilən ilk kommersiya gəmisi olub.
Zeynəb Rzayeva
Bakı 



