Vaşinqtonsuz Avropa ölkələri dondurulmuş Rusiya aktivlərinin Ukraynanın ehtiyacları üçün mümkün istifadəsi ilə bağlı məsələləri müstəqil şəkildə həll edir.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Onun sözlərinə görə, Avropada bu planlardan heyrətlənməyən bir neçə ölkə var:
"Bu, yalnız avropalıları maraqlandıran sualdır. ABŞ-də Rusiyanın dondurulmuş aktivləri ilə bağlı bütün məsələlər Dövlət Departamenti deyil, ABŞ Maliyyə Nazirliyi tərəfindən həll edilir. Hazırda dondurulmuş aktivlərlə bağlı heç bir xəbərimiz yoxdur".
Gülşən Şərif
Bakı 



