• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Uitkoff Berlində Avropa liderləri və Zelenski ilə görüşəcək

DÜNYA

13 Dekabr 2025 | 09:40

Uitkoff Berlində Avropa liderləri və Zelenski ilə görüşəcək

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə sonu Berlində Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşlər keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb. 

    Məlumata görə, o, 14-15 dekabr tarixlərində Böyük Britaniya, Almaniya və Fransadan olan rəsmilərlə görüşəcək. 

    Qəzetin yazdığına görə Uitkoffu Berlinə göndərmək qərarı ABŞ administrasiyasının Vaşinqton və Kiyev arasında sülh sazişinin şərtləri ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılmasına sadiqliyini nümayiş etdirir.

    Məlumatda həmçinin bildirilir ki, Uitkoffun Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Merzin müşavirləri ilə birlikdə Berlin danışıqlarında iştirakı gözlənilir.


    SON XƏBƏRLƏR

    12 Dekabr 2025