• Bakı 10° C

    8 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Tramp: "Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllində böyük irəliləyiş əldə edilib"

DÜNYA

13 Dekabr 2025 | 10:28

Tramp: Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllində böyük irəliləyiş əldə edilib

"Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə həllində böyük irəliləyiş əldə edilib".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

"Biz çox işlər gördük, səkkiz müharibəni dayandırdıq. Hələ bir müharibə qalıb, düşünürdüm ki, həmin münaqişənin həlli daha asan olacaq. Bu, Rusiya və Ukrayna arasında olan münaqişədir. Amma biz böyük irəliləyişlər əldə etmişik", - deyə ABŞ lideri bildirib.

ABŞ Prezidenti Donald Tramp iddia edib ki, çoxları Ukraynanın Donbas bölgəsində azad iqtisadi zonanın yaradılmasını istəyir. "Bu, çox çətin bir vəziyyətdir. Amma işləyəcək və bir çox insan bunun işləməsini istəyir", - deyə ABŞ lideri əlavə edib.


SON XƏBƏRLƏR

12 Dekabr 2025