ABŞ Dövlət Departamenti Danimarkaya ümumilikdə 318,4 milyon dollar dəyərində 340 ədəd AIM-9X Block II taktiki raket raketləri və müvafiq avadanlığın satışını təsdiqləyib.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə departament açıqlama yayıb.
Açıqlamaya görə, Dövlət Departamenti AIM-9X Block II taktiki "hava-hava" raketlərinin və müvafiq avadanlığın Danimarka hökumətinə 318,4 milyon dollara mümkün satışını təsdiq etməyi qərara alıb.
Satışın 340 raketin, eləcə də ehtiyat hissələrinin, proqram təminatının və istiqamətləndirici cihazların tədarükünə aid olduğu aydınlaşıb.
Satış Avropada siyasi sabitlik və iqtisadi tərəqqi üçün hərəkətverici qüvvə olan NATO müttəfiqinin təhlükəsizliyini artırmaqla ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə nail olacaq.
Gülşən Şərif
Bakı 



