• Bakı 15° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Qırğızıstanda bütün mədən fermaları bağlanıb

DÜNYA

13 Noyabr 2025 | 11:49

Qırğızıstanda bütün mədən fermaları bağlanıb

Qırğızıstanın bütün mədən təsərrüfatları elektrik enerjisinə qənaət məqsədilə bağlanıb.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, mövcud elektrik enerjisi çatışmazlığını nəzərə alaraq, Qırğızıstanda bütün mədən təsərrüfatlarının tamamilə bağlanması barədə qərar qəbul edilib.

Energetiklər mədən qurğularını tamamilə enerjisizləşdiriblər və yenidən qoşulmanın qarşısını almaq üçün möhürlər quraşdırılıb.

Bu məhdudiyyət ölkənin elektrik şəbəkəsindəki vəziyyət sabitləşənə qədər qüvvədə olacaq. 

Mütəxəssislər bunun yaza qədər baş verməyəcəyini proqnozlaşdırırlar.

Gülşən Şərif


SON XƏBƏRLƏR

12 Noyabr 2025