• Bakı 15° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Kremldən Vaşinqtona "həllə" çağırış

DÜNYA

13 Noyabr 2025 | 11:55

Kremldən Vaşinqtona həllə çağırış

Rusiya ümid edir ki, ABŞ Prezidenti Donald Tramp hələ də Ukrayna münaqişəsinin həllində kömək etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Səmimi qəlbdən ümid edirik ki, Prezident Tramp hələ də Ukrayna probleminin siyasi və diplomatik yolla həllini asanlaşdırmaq istəyir”, - o bildirib.

Peskov qeyd edib ki, Rusiya münaqişənin həllinə doğru daha sürətli irəliləmək istəyir və Amerika tərəfindən buna hazırlıq gözləyir.

Onun sözlərinə görə, Moskva və Vaşinqton ticarət və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar axtarmalıdır:

“Gələcək üçün parlaq perspektivlərimiz var. Amma yenə də vaxtımızı, pulumuzu, qazancımızı boşa xərcləyirik”.


SON XƏBƏRLƏR

12 Noyabr 2025