ABŞ-də Pentaqonun yeni mətbuat siyasəti aparıcı media qurumlarının sərt tənqidinə səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, jurnalistlərdən icazəsiz sənəd əldə etməmək və yalnız səlahiyyətli müşayiətlə hərəkət etmək tələb edən qaydalar mətbuat azadlığına müdaxilə kimi qiymətləndirilir.
Belə ki, "Washington Post", "New York Times" və CNN kimi media orqanları bu sənədi imzalamaqdan imtina ediblər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu addım hökumətin şəffaflığını azaldaraq ictimaiyyətin məlumat alma hüququnu məhdudlaşdıra bilər.
Əli Hüseynov