ABŞ Prezidenti Donald Tramp Qəzzada tətbiq olunan atəşkəslə bağlı açıqlamasında Türkiyə, Qətər, Misir və BƏƏ başda olmaqla bir çox müsəlman ölkələrinin bu prosesə əhəmiyyətli şəkildə dəstək verdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rolunu xüsusilə qeyd edib: "Ərdoğan bu məsələdə olduqca fəal iştirak etdi və böyük nüfuzu ilə prosesə töhfə verdi. Ona böyük ehtiram göstərilir. Türkiyənin həm güclü xalqı, həm də güclü ordusu var", - deyə o vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, atəşkəsin davam etməsi üçün kifayət qədər əsas var: "İnsanlar artıq illərdir davam edən gərginlikdən yorulublar. İndi hər kəs öz mövqeyini anlayır. Bu sülh həm İsrail, həm də regiondakı ölkələr üçün müsbət nəticələr verəcək"./Milli.az