• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ Ukrayna şirkətlərinə sanksiya tətbiq edib

DÜNYA

13 Noyabr 2025 | 17:33

ABŞ Ukrayna şirkətlərinə sanksiya tətbiq edib

ABŞ İranın “Əbabil” raketləri və “Şəhid” pilotsuz uçuş aparatlarının istehsalı üçün lazım olan ehtiyat hissələrinin tədarükündə iştirak edən Ukrayna şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər siyahısına “GK Imperativ Ukraina LLC” (Xarkov) və” Ekofera LLC” (Kiyev və Xarkov) şirkətləri daxil edilib.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İran tərəfi bu vasitəçi şirkətlərdən istifadə edərək Ukraynadan aerokosmik materiallar, o cümlədən aviahorizonlar, maqnitometrlər, mühərriklər və generator komponentləri alıb və onları İranın aviasiya müəssisəsi HESA-ya göndərib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026