Erməni əsilli keçmiş senator Rusiyada axtarışa verilb.
Bakıvaxtı.az xəbər verir ki, RİA Novosti məlumatına görə, Rusiyada erməni əsilli keçmiş senator Aleksandr Ter-Avanesov federal axtarışa verilib.
Əldə olunan sənədlərə görə, Ter-Avanesov qondarma Donetsk Xalq Respublikasının (DXR) keçmiş tikinti naziri müavini Yuliya Mervayezovaya qarşı hərbi obyektlərin tikintisi üçün dövlət müqavilələri ilə bağlı açılmış iş çərçivəsində fırıldaqçılıq ittihamı ilə üzləşir.
İstintaq göstərir ki, Mervayezova və digər təqsirləndirilən şəxslər Rusiya Müdafiə Nazirliyinin 14 dövlət müqaviləsi çərçivəsində külli miqdarda vəsaiti mənimsəməsi işinə cəlb olunub. Ümumi ziyan 9 milyard rubla çatıb. Mervayezova avansların alınması, xüsusi hesablardan vəsaitlərin çıxarılması, nağdlaşdırılması və saxta mühasibat sənədlərinin hazırlanmasında iştirak edib./Publika.az
Bakı 



