• Bakı 21° C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Merkel məşhur əl jestini tərgidib

DÜNYA

13 Dekabr 2025 | 14:32 | Müəllif: Subhan Mahmudov

Merkel məşhur əl jestini tərgidib

Sabiq Almaniya kansleri Angela Merkel “Merkel romb”u adlandırılan özünəməxsus əl hərəkətindən daha istifadə etmir.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə siyasətçi Berlində “Stern.de” jurnalının təşkil etdiyi tədbirdə danışıb. Merkel bunun səbəbini belə açıqlayıb: “Bu jest artıq uyğun deyil”.

71 yaşlı keçmiş kansler, həmçinin təqaüdə çıxdıqdan sonra süni intellektə maraq göstərməyə başladığını və “ChatGPT” kimi proqramları sınaqdan keçirdiyini bildirib

Qeyd edək ki, “Merkel rombu” keçmiş kanslerin hər iki əlinin baş və şəhadət barmaqlarını birləşdirərək romb forması yaratdığı jestdir. 2013-cü ildə “Merkel rombu”nun meydana gəlməsi ilə bağlı sualı cavablandırarkən sabiq kansler sadəcə əlləri ilə nə edəcəyini bilmədiyindən bu əl hərəkətindən istifadə etdiyini bildirmişdi./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR