• Bakı C

    15.66 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Rusiya vurdu: 1 milyon insan işıqsız qaldı

DÜNYA

13 Dekabr 2025 | 17:25

Rusiya vurdu: 1 milyon insan işıqsız qaldı

Rusiyanın gecə saatlarında Ukraynanın energetika infrastrukturlarına raket və PUA-larla endirdiyi zərbələr nəticəsində 1 milyondan çox abonent elektrik enerjisiz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko Teleqram kanalında məlumat verib.

Nazirin sözlərinə görə, hücumlar Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Odessa və Çerniqov vilayətlərini əhatə edib. Hadisə nəticəsində azı 5 nəfər yaralanıb.

Klimenko bildirib ki, elektrik təchizatı baxımından ən ağır vəziyyət Odessa və Nikolayev vilayətlərindədir.


SON XƏBƏRLƏR

12 Dekabr 2025