"Çin və Rusiya 2026-cı ildə ikitərəfli münasibətlərin inkişafı üçün geniş perspektivlərdən istifadə edə bilərlər".
Bakıvaxtı.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi bildirib.
"At ili yaxınlaşır (Çində bayramlar ay təqvimi ilə qeyd olunur və bu il 17 fevrala təsadüf edir – red.). Qoy Çin-Rusiya münasibətləri gələn ildə əjdaha və atın enerjisi ilə dinamik şəkildə inkişaf etsin, yeni üfüqlər açsın", - deyə o, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə bildirib.
Vanq Yi Sergey Şoyqunu keçmiş dostu adlandırıb. O, həmçinin qeyd edib ki, 2026-cı ildə beynəlxalq vəziyyət daha da mürəkkəb və qeyri-sabit olacaq.
Çinli diplomat əlavə edib ki, müharibədən sonrakı qlobal nizam və beynəlxalq münasibətlərin fundamental normaları ciddi şəkildə sarsılıb. O, mövcud vəziyyətdə dünyanın "cəngəllik qanunu"na qayıtmasının qəbuledilməz olduğunu vurğulayıb.
Aynur Babazadə
Bakı 




