İraq parlamenti gərgin siyasi mübarizə və ABŞ-nin yeni baş nazirliyə namizədə qarşı təzyiqi fonunda ölkənin yeni prezident seçkilərini təxirə salıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Parlamentin ötən həftəyə təyin olunmuş prezident seçkilərini təxirə salması ikinci dəfədir.
Rəsmi INA xəbər agentliyinin məlumatına görə, səsvermə təxirə salınıb, lakin yeni tarix hələ razılaşdırılmayıb. Parlamentin mətbuat xidməti bildirib ki, spiker son tarixi təyin etmək üçün partiya bloklarının liderləri ilə görüşəcək.
Mövcud qaydaya görə, nüfuzlu baş nazir şiə müsəlman, parlament sədri sünni, əsasən formal xarakterli prezident isə kürd əsilli olmalıdır.
İki əsas kürd partiyası hələ də prezidentliyə namizəd barədə qərar verməyib və ən böyük şiə bloku, Nuri əl-Malikinin baş nazirliyə namizədliyini dəstəkləməsinə baxmayaraq, ABŞ-nin İraqa yardımı dayandırmaqla hədələməsi ilə üzləşir.
Aynur Babazadə
Bakı 




