• Bakı C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

İran öz uranını Türkiyəyə verməyə hazırlaşır?

DÜNYA

01 Fevral 2026 | 20:54

İran öz uranını Türkiyəyə verməyə hazırlaşır?

ABŞ-nin İrana qarşı təhdidləri Türkiyənin vasitəçiliyi ilə növbəti diplomatik raunda təxirə salına bilər.

Bakıvaxtı.az xəbər verir ki, barədə İsrailin "Haaretz" qəzeti məlumat yayıb. 

Qəzet bildirir ki, təcili zərbə bəhanəsi olmadığı təqdirdə, ABŞ prezidenti Donald Tramp Türkiyəyə İran ətrafındakı böhranı həll etmək şansı verə və ölkənin Səudiyyə Ərəbistanından daha təsirli vasitəçi ola biləcəyini qəbul edə bilər.

Anonimlik şərti ilə danışan yüksək vəzifəli bir türk rəsmisi "Haaretz" qəzetinə bildirib ki, İstanbul İrana zənginləşdirilmiş uranın Türkiyəyə ötürülməsini təklif edə bilər və onu heç vaxt İran hakimiyyətinə qaytarmamaq öhdəliyi götürür.

Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan tez-tez Tramp və İran prezidenti Məsud Pezeşkianla əlaqə saxlayır. Türkiyənin xarici işlər naziri Hakan Fidan cümə günü İstanbulda iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb. Ərdoğan hətta Pezeşkian və Trampın iştirakı ilə üç nəfərlik video-görüş təklif edib.

Türkiyə mənbələrinə görə, Trampa İranla müzakirələrin tək bir paketin bir hissəsi kimi deyil, ayrıca müzakirə ediləcək bir neçə "fəslə" bölünməsini təklif edən Ərdoğan olub. Nüvə məsələsinə gəldikdə, "Haaretz" qəzetinin yüksək vəzifəli bir türk məmuruna istinadən verdiyi məlumata görə, Türkiyə təxminən 440 kiloqram 60%-ə qədər zənginləşdirilmiş uranı Türkiyəyə təhvil verməyi təklif edə və onun heç vaxt İrana qaytarılmayacağına razılaşa bilər./Unikal


SON XƏBƏRLƏR

31 Yanvar 2026