TƏBİB Ağsuda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Qurumdan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 01.01.2026-ci il tarixində saat 00:20 radələrində 4 nəfər (kişi cinsli) Ağsu Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda iki nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir, bir nəfərin vəziyyəti orta ağır, digərinin isə ağır qiymətləndirilir.
***
14:12
Ağsuda baş vermiş qəza ilə bağlı bəzi təfərrüatları məlum olub.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, İdarəetməni itirən Mercedes markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə 4 nəfər müxalifət dərəcəli bədən xəsarətləri alıb. Onlardan Qazax rayon sakini 34 yaşlı Mollayev Amil Emin oğlunun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
***
10:44
Ağsuda avtomobil qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Ərəbmehdibəy kəndini ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Tağıyev Ruslan Rəfail oğlu, 1992-ci il təvəllüdlü Mollayev Amil Emin oğlu və 1998-ci il təvəllüdlü Heybətov İlkin Vəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Xəsarət alan şəxslərdən birinin vəziyyəti ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




