Qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynin yazışmalarında Fransa prezidenti Emmanuel Makrona, o cümlədən onun BƏƏ-li iş adamı Sultan Əhməd bin Süleymlə işgüzar görüşlərinə dair çoxsaylı istinadlar var.
Bakıvaxtı.az xəbər verir ki, Süleymin Epşteynə yazdığı məktubda deyilir:
"Mən Yelisey Sarayında nahar etdim və Fransanın iqtisadiyyat naziri Makronla işimiz barədə xoş söhbət etdim".
İkinci məktub Norveçin keçmiş xarici işlər naziri Borqe Brendeyə göndərilib. Epşteyn orada iddia edir ki, Makronun mesajı "bu çətinlikləri daha effektiv şəkildə həll etmək üçün idarəetmə sistemini, beynəlxalq qurumların formatını, dövlət və özəl maraqlı tərəflər arasında öhdəlikləri və münasibətləri, eləcə də sosial-iqtisadi alətləri yenidən düşünmək, yenidən qurmaq və yenidən kəşf etmək zərurəti" olub.
Mesaj "Daha 'mütərəqqi' gələcəyin inkişafı üçün hansı sosial-iqtisadi innovasiyaları dəstəkləyərdiniz?" sualı ilə yekunlaşır.
Sənədlərdən görünür ki, qalmaqallı maliyyəçi həmçinin naməlum bir alıcıya məktub göndərib və orada Fransa liderinin guya müxtəlif məsələlərdə "irəliləyiş və düşünülmüş ideyalar" istədiyi bildirilir. O, Makronun Avropaya və bəlkə də bütün dünyaya rəhbərlik etmək istədiyini və bunun üçün təxminən bir həftəsinin olduğunu bildirib.
Zeynəb Hüseynova
Bakı 




