• Bakı C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

İranın danışıqlar üçün ŞƏRTLƏRİ

DÜNYA

01 Fevral 2026 | 21:40

İranın danışıqlar üçün ŞƏRTLƏRİ

İran hakimiyyəti tərəflər arasında etimadın bərpa olunacağı təqdirdə ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə danışıqlara hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi "CNN" telekanalına müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, məzmunlu danışıqlar etimada əsaslanmalıdır, lakin hazırda İran ABŞ-ı etibarlı danışıqlar tərəfdaşı kimi görmür.

Onun sözlərinə görə, bu etimadsızlığın aradan qaldırılması vacibdir və hazırda regiondakı dost ölkələrin vasitəçiləri bu istiqamətdə səylər göstərirlər.

"Hazırda Tehran və Vaşinqton arasında vasitəçilər yolu mesaj mübadiləsi davam edir", - Əraqçi qeyd edib./APA 


SON XƏBƏRLƏR

31 Yanvar 2026