• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna ABŞ ilə birlikdə dron əleyhinə vasitələrin istehsalına başlayıb

DÜNYA

13 Noyabr 2025 | 15:17

Ukrayna ABŞ ilə birlikdə dron əleyhinə vasitələrin istehsalına başlayıb

Ukrayna Birləşmiş Ştatlarla birlikdə Rusiyanın hücum PUA-larına qarşı istifadə ediləcək dron əleyhinə vasitələrin istehsalına başlayıb.

Bakıvaxtı.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Bu, Amerika-Ukrayna birgə istehsalıdır. Ümid edirəm ki, gələcəkdə daha çox dron əleyhinə vasitələrimiz olacaq”, - deyə Ukrayna Prezidenti bildirib.

Daha əvvəl Zelenski Ukraynanın noyabr ayının sonuna qədər gündə 600-800 ədəd dron əleyhinə vasitə istehsal edəcəyini bildirmişdi. Lakin Rusiyanın atəşi davam etdirməsi bu plana mane ola bilər.

Müdafiə naziri Denis Şmıqal da əvvəllər söz vermişdi ki, tezliklə gündəlik 1000 ədəd dron əleyhinə vasitə istehsal ediləcək. O, bunun Ukraynanın Rusiya işğalçılarının gecə hücumlarına cavabı olduğunu bildirmişdi.

Qeyd etmək lazımdır ki, Ukraynada artıq reaktiv mühərrikli “Şahed” PUA-larına qarşı istifadə edilən dron əleyhinə sistemlər mövcuddur.

Bundan əlavə, payızda Böyük Britaniyanın Ukrayna ilə qabaqcıl hərbi texnikanın birgə hazırlanması və istehsalı haqqında müqavilə imzalayacağı bildirilir. Bu sənəd hər iki ölkənin milli təhlükəsizliyini gücləndirəcək texnologiya mübadiləsini nəzərdə tutur.

Ukrayna hazırda Rusiyanın idarə olunan hava bombalarına qarşı mübarizə aparmaq istiqamətində çalışır. Bu məqsədlə bir neçə şirkət səfərbər olunub. Bundan əlavə, ukraynalı mühəndislər artıq yüzlərlə “Şahed” dronunu vuran ucuz vasitələr yaradıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026