• Bakı 15° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.0981

ATƏT sədri Gürcüstanda səfərdədir

DÜNYA

14 Oktyabr 2025 | 18:00

ATƏT sədri Gürcüstanda səfərdədir

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Ermənistandan sonra Gürcüstana səfər edib.

    Bakıvaxtı.az xəbər verir ki, o, hazırda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüş keçirir.

    ATƏT sədrinin səfər çərçivəsində bir sıra yüksək səviyyəli və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

    Görüşlərdə Gürcüstandakı daxili və xarici çağırışlar müzakirə olunacaq, ATƏT-in 2008-ci il müharibəsinin nəticələrinin həlli üzrə Cenevrə beynəlxalq müzakirələrinə davamlı dəstəyinə xüsusi diqqət yetiriləcək.

    ATƏT sədrinin səfərini şərh edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze təşkilatla əməkdaşlığın önəm kəsb etdiyini bildirib. O, Gürcüstanın bu əməkdaşlığın daha da fəallaşdırılmasına açıq olduğunu vurğulayıb.


    SON XƏBƏRLƏR