• Bakı 11° C

    9.53 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Dənizkənarı Milli Parkda Türkmənistanın mətbəx mədəniyyətinin təqdimatı olub - FOTOLAR

MƏDƏNİYYƏT

14 Oktyabr 2025 | 20:29

Dənizkənarı Milli Parkda Türkmənistanın mətbəx mədəniyyətinin təqdimatı olub - FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində oktyabrın 14-də Dənizkənarı Milli Parkda qardaş ölkənin mətbəx mədəniyyətinin təqdimatı olub.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə hər iki ölkənin Mədəniyyət nazirliklərinin nümayəndələri, Milli Məclisin deputatları və paytaxt sakinləri iştirak ediblər.

Parkda qurulan və içərisi xalçalarla bəzədilmiş qədim türkmən çadırı tamaşaçıların xüsusi marağına səbəb olub.  Qonaqlar çadırın ətrafında qoyulmuş masalarda Türkmənistan mətbəxinin ləziz təamlarını dadıblar.

Ərazidə quraşdırılan böyük səhnədə Türkmənistan incəsənət ustalarının ifasında təqdim olunan musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Xatırladaq ki, Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri oktyabrın 15-də Gəncə şəhərində türkmən sənətçilərinin konsert proqramı ilə başa çatacaq.


SON XƏBƏRLƏR

02 Dekabr 2025