• Bakı 16° C

    1.66 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.0981

5 ölkə hərbi təlimlərə başladı - Azərbaycan da var

GÜNDƏM

14 Oktyabr 2025 | 19:57

5 ölkə hərbi təlimlərə başladı - Azərbaycan da var

Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan hərbçilərinin iştirakı ilə baş tutan "Birlik - 2025" birgə regional təliminin oktyabrın 14-də açılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbirin rəsmi hissəsində iştirakçı ölkələrin Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edənlər bu cür birgə təlimlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından vacibliyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.

Sonra tədbir iştirakçılarına konsert proqramı təqdim edilib, özbək və digər xalqların milli mahnıları ifa olunub.

Sonda təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.


SON XƏBƏRLƏR

14 Oktyabr 2025