ABŞ prezidenti Donald Tramp ərəb ölkələrini İsraillə münasibətləri normallaşdırmaq üçün İbrahim razılaşmalarına qoşulmağa çağırıb.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, o, bu barədə Misirin Şarm əl-Şeyx şəhərində keçirilən sülh sammitində bildirib.
ABŞ prezidenti vurğulayıb ki, artıq sazişi imzalayan ölkələr bundan faydalanıb:
"Ümid edirəm ki, hamı İbrahim Razılaşmalarına qoşulacaq. Artıq bəhanələr yoxdur. Çoxları bu barədə mənimlə danışıb. İndi güclü, sabit, firavan və terroru qəti şəkildə rədd edən bir region qurmaq mümkündür".
Gülşən Şərif