Xocalı rayonuna yola salınan növbəti köç karvanı Şuşakənd kəndinə çatıb, açarlar təqdim olunub.
Bakıvaxtı.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, bununla Şuşakənd kəndinə köçürülən ailələrin sayı 42-yə (175 nəfər) çatıb.
***
12:52
Xocalı rayonunun Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu gün Şuşakənd kəndinə 27 ailə (116 nəfər) köçürülür.
Bununla da kəndə köçürülən ailələrin sayı 42-yə (175 nəfər) çatacaq.