• Bakı 16° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.0981

Madaqaskarda siyasi böhran fonunda parlamentin aşağı palatası buraxılıb

DÜNYA

14 Oktyabr 2025 | 15:02

Madaqaskarda siyasi böhran fonunda parlamentin aşağı palatası buraxılıb

Madaqaskar Prezidenti Andri Radzuelina Milli Yığıncağınının (parlamentin aşağı palatası) buraxıldığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət başçısının fərmanında qeyd olunub.

"Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq, Milli Yığıncaq buraxılır", - fərmanda bildirilib.

Prezident baş naziri məlumatlandırdıqdan və Senatın və Milli Yığıncağın sədrləri ilə məsləhətləşdikdən sonra aşağı palatanı buraxmaq hüququna malikdir.

2025-ci ilin sentyabr ayının sonunda Madaqaskarda su və elektrik kəsintiləri səbəbindən başlayan və tezliklə hökumət əleyhinə aksiyalara çevrilən kütləvi etirazlar baş verib.

Artan böhran fonunda Prezident Andri Radzuelina bazar günü Fransaya məxsus hərbi təyyarə ilə ölkəni tərk edib. Müxalifət prezidentin istefasını və keçid hökumətinin formalaşdırılmasını tələb edir.


SON XƏBƏRLƏR