• Bakı 15° C

    3.09 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 2.0942

XİN başçısı: Estoniya 2026-cı ildə beş ölkədə səfirlik açmağı planlaşdırır

DÜNYA

13 Noyabr 2025 | 14:11

XİN başçısı: Estoniya 2026-cı ildə beş ölkədə səfirlik açmağı planlaşdırır

Estoniya gələn il beş ölkədə səfirlik açmağı planlaşdırır.

Bakıvaxtı.az ERR portalına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Marqus Tsaxkna məlumat verib.

"Estoniyanın qlobal əhatə dairəsi gücləndirilməlidir. 2026-cı il xarici siyasət tariximizdə mühüm ildir - biz beş səfirlik açmağı planlaşdırırıq. Yeni səfirliklərin açılması Latın Amerikasında, Saxaradan cənubda Afrika ölkələrində, həmçinin bizim üçün vacib olan Avropa İttifaqının namizəd və tərəfdaş ölkələrində mövqeyimizi və təsir dairəmizi genişləndirəcək", - o bildirib.

Yeni səfirliklər Azərbaycan, Ermənistan, Moldova, Braziliya və Keniyada açılacaq.

"Fiziki mövcudluq hökumətlər, müəssisələr və vətəndaş cəmiyyəti ilə daha səmərəli ünsiyyət qurmağa imkan verir", - nazir əlavə edib.


SON XƏBƏRLƏR