• Bakı 16° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 2.0942

Zelenski: Rusiya Avropada böyük müharibəyə hazırlaşır

DÜNYA

13 Noyabr 2025 | 13:05

Zelenski: Rusiya Avropada böyük müharibəyə hazırlaşır

Rusiya 2029 və ya 2030-cu ildə Avropada böyük müharibəyə hazırlaşır, bu səbəbdən təzyiqi artırmaq və "onu indi Ukraynada dayandırmaq" üçün fasiləyə nail olmaq lazımdır.

Bakıvaxtı.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib.

"Rusiyaya daha çox təzyiq göstərilməlidir. Döyüş meydanındakı vəziyyəti nəzərə alaraq, biz Rusiyanın dayanmaq istəyini görmürük. Problem bundan ibarətdir ki, Rusiyanın hərbi sənayesinə baxdıqda, görürük ki, onlar istehsalı artırırlar. Bizim qiymətləndirmələrimizə görə, onlar bu müharibəni davam etdirmək istəyirlər. Biz etiraf etməliyik ki, onlar böyük müharibə istəyirlər, 2029 və ya 2030-cu ildə Avropa qitəsində böyük müharibəyə başlamaq qabiliyyətinə malik olmaq üçün hazırlaşırlar", - o qeyd edib.


SON XƏBƏRLƏR