• Bakı C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

İsrail ordusu İordan çayının qərb sahilində məscidi yandırıb

DÜNYA

13 Noyabr 2025 | 12:58

İsrail ordusu İordan çayının qərb sahilində məscidi yandırıb

İşğal altındakı İordan çayının qərb sahilində İsrail ordusu Selfit şəhərində yerləşən əl-Həcc Həmidə məscidini yandırıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, şahidlərin sözlərinə görə, İsrail ordusunun üzvləri məscidin divarlarına irqçi yazılar da yazıblar.

Fələstin Vəqflər Nazirliyi hadisəni müqəddəs yerlərə qarşı vəhşilik adlandıraraq kəskin şəkildə pisləyib.

Yerli sakinlər yanğını söndürsələr də, məscidə ciddi ziyan dəyib. Hücumun İsrail ordusunun himayəsi altında, bölgədə fələstinlilərə qarşı artan zorakılıqlar fonunda baş verdiyi bildirilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

28 Dekabr 2025