• Bakı 16° C

    1.66 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.0981

Türkiyə Futbol Federasiyasından Fələstinə jest

İDMAN

14 Oktyabr 2025 | 20:30

Türkiyə Futbol Federasiyasından Fələstinə jest

Bu gün keçiriləcək Türkiyə – Gürcüstan yoldaşlıq oyunu həm idman, həm də insani dəyərlər baxımından xüsusi əhəmiyyət daşıyır.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının qərarına əsasən, qarşılaşmanın bütün bilet gəliri Fələstinin Qəzza bölgəsində yaşayan insanlara yardım məqsədilə bağışlanacaq.

Oyun bu axşam, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Matçın baş tutacağı Kocaeli Stadionun 34,829 nəfərlik tutumu mövcuddur. Matça qədər bütün biletlərin satılacağı gözlənilir.

Türkiyə yığması bu addımı ilə həmrəylik mesajı verərək Qəzza xalqına dəstəyini bir daha nümayiş etdirib.


SON XƏBƏRLƏR

14 Oktyabr 2025