• Bakı 16° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.0981

BMT-də insanlıq əleyhinə cinayətlərlə bağlı Azərbaycanın bəyanatı səsləndirilib

SİYASƏT

15 Oktyabr 2025 | 00:20

BMT-də insanlıq əleyhinə cinayətlərlə bağlı Azərbaycanın bəyanatı səsləndirilib

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində "İnsanlıq əleyhinə cinayətlər" mövzusunda keçirilən komitə iclasında Azərbaycanın bəyanatı səsləndirilib.

Bakıvaxtı.az xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Tale Əliyev diqqətə çatdırıb.

İnsanlığa qarşı cinayətlərin beynəlxalq hüququn ən ciddi pozuntularından biri kimi tanındığını qeyd edən birinci katib bu cinayətlərin qarşısının alınması və cəzalandırılmasının beynəlxalq ictimaiyyətin ümumi məsuliyyəti olduğunu bildirib.

"Azərbaycan Respublikası insanlığa qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması üzrə konvensiyanın hazırlanması istiqamətində Beynəlxalq Hüquq Komissiyasının işini yüksək qiymətləndirir. Biz bu sahədə vahid və hərtərəfli hüquqi çərçivənin yaradılmasını dəstəkləyirik", - birinci katib vurğulayıb.

"Azərbaycan bu prosesə sadiqdir və insan hüquqlarının və beynəlxalq humanitar hüququn qorunmasına töhfə verməyə davam edəcəkdir", - deyə T. Əliyev sözlərini yekunlaşdırıb.


SON XƏBƏRLƏR

14 Oktyabr 2025