• Bakı 14° C

    0.58 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 2.0942

Ceyhun Bayramov Pakistanın federal ombudsmanı ilə görüşdü

SİYASƏT

13 Noyabr 2025 | 18:41

Ceyhun Bayramov Pakistanın federal ombudsmanı ilə görüşdü

Noyabrın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Pakistanın federal ombudsmanı Ecaz Əhməd Qureşinlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Pakistan münasibətlərinin dostluq və qardaşlıq prinsipləri əsasında dinamik inkişafından məmnunluq ifadə edilib, dövlətlərarası strateji tərəfdaşlığın təşəkkülündə iki ölkənin liderləri arasında yüksəksəviyyəli təmasların müstəsna rolu vurğulanıb.

Son bir il ərzində ikitərəfli və çoxtərəfli formatlarda baş tutan çoxsaylı ali və yüksəksəviyyəli təmaslar, xüsusilə də Azərbaycan, Pakistan və Türkiyə liderlərinin cari ilin mayında Laçın şəhərində keçirilmiş üçtərəfli görüşü, eləcə də Pakistan Baş nazirinin 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş Hərbi paradda iştirakı məmnunluqla xatırlanıb.

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq və qarşılıqlı investisiyaların artan dinamikası qeyd olunub, bunun digər sahələrdə əlaqələrin inkişafına müsbət təsir göstərdiyi diqqətə çatdırılıb.

İki ölkənin Ombudsman aparatları arasında əməkdaşlığın öz növbəsində ikitərəfli münasibətlərimizin dərinləşdirilməsi və genişləndirilməsinə əlavə dəyər qatdığı bildirilib.

Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində iki ölkənin qarşılıqlı dəstəyə əsaslanan koordinasiyalı fəaliyyəti yüksək qiymətləndirilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR