• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qəzzanı idarə edəcək 15 nəfər seçildi

DÜNYA

14 Oktyabr 2025 | 23:40 | Müəllif: Subhan Mahmudov

Qəzzanı idarə edəcək 15 nəfər seçildi

"15 fələstinli texnokratdan ibarət qrup müharibədən sonra Qəzza zolağını idarə edəcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Əbdülati "Associated Press" agentliyinə deyib.

Nazirin sözlərinə görə, namizədlər artıq seçilib və İsrail tərəfi ilə razılaşdırılıb. Onların adları hələ açıqlanmır.

Əbdülati qeyd edib ki, 15 nəfərdən ibarət "inzibati komitə" HƏMAS da daxil olmaqla, Fələstindəki bütün fraksiyalar tərəfindən təsdiqlənib.

O əlavə edib ki, HƏMAS keçid dövründə heç bir rol oynamayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026