Avropa Parlamenti 2040-ci il üçün yeni iqlim hədəfini qəbul edib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hədəfə görə, Aİ 1990-ci illə müqayisədə daxili emissiyaları 85 faiz azaltmalıdır, qalan 5 faiz isə xaricdə karbon kreditləri alaraq kompensasiya edilə bilər.
Avropa Parlamentinin 379 deputatı hədəfi dəstəkləyib, 248-i əleyhinə səs verib, 10 nəfər bitərəf qalıb.
Deputatlar həmçinin karbon kreditlərinin düzgün tənzimlənməsi, emissiya azalmalarını təmin etməsi və Avropada təmiz texnologiyalara dəstək verməsini tələb edən dəyişiklikləri təsdiqləyiblər.
Qeyd edək ki, qanun layihəsi Parlament və Aİ Şurası arasında müzakirələrdən sonra hüquqi qüvvəyə minəcək.
Zeynəb Rzayeva
Bakı 



