• Bakı 24° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Zelenski açıqladı: "Ciddi xəbərlər" olacaq!

DÜNYA

14 Oktyabr 2025 | 23:51 | Müəllif: Subhan Mahmudov

Zelenski açıqladı: "Ciddi xəbərlər" olacaq!

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa ölkəsi ilə müdafiə sazişi çərçivəsində “ciddi xəbərlər” olacağını anons edib.

Bakıvaxtı.az xəbər verir ki, Zelenski bu barədə Teleqram kanalında yazıb.

Zelenskinin sözlərinə görə, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Prezident Administrasiyasının diplomatları Avropa istiqamətində aparılan danışıqların gedişi barədə məruzə təqdim ediblər:

“Aparatın diplomatları, həmçinin ölkələrdən biri ilə müdafiə sahəsində müqavilələrimiz haqqında məlumat veriblər. Biz Avropadakı tərəfdaşlarımızdan biri ilə gələn həftə üçün ciddi informasiya hazırlayırıq,” – Zelenski qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026