ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Szinpin arasında mümkün görüş üçün vaxt müəyyən edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir CNBC telekanalına müsahibəsində bildirib.
"Bunun üçün müəyyən edilmiş vaxt var" – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Tramp çinli həmkarı ilə görüş üçün səbəb olmadığını açıqlamışdı. Tərəflərin Cənubi Koreyada APEC sammitində görüşəcəyi gözlənilir.