Türk Hava Yollarına məxsus İzmir-Tehran reysi ilə uçan təyyarə İranın Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində məcburi eniş edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Hava Limanları Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.
Məlumata görə, eniş vəziyyəti ağır olan iki sərnişinə təcili tibbi yardıma ehtiyac olması ilə əlaqədar olub.