• Bakı 19° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

İslam ölkələrinin ortaq ordusu yaradılsın - Baş nazir

DÜNYA

14 Sentyabr 2025 | 21:21

İslam ölkələrinin ortaq ordusu yaradılsın - Baş nazir

İslam ölkələrinin hərbi ittifaq yaratmasına heç bir maneə yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İraqın Baş naziri Məhəmməd əs-Sudani “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

O bildirib ki, İsrailin Qətərə hücumu bu ölkənin və bütün regionun təhlükəsizliyi üçün ciddi təhdid hesab olunur:

“Bu hərəkət beynəlxalq norma və hüquqların açıq şəkildə pozulmasıdır və əlavə edib ki, İsrailin hücumu bu rejimin təcavüzkar və cinayətkar yanaşmasını nümayiş etdirir”.

İraqın baş naziri həmçinin islam ölkələri arasında siyasi, hərbi və iqtisadi ittifaqın yaradılmasının vacibliyini vurğulayıb və vurğulayıb ki, region ölkələrinin müdafiəsi üçün ortaq islam təhlükəsizlik qüvvələrinin yaradılmasına heç bir maneə yoxdur./axar.az


SON XƏBƏRLƏR