• Bakı 19° C

    6.02 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Rusiyaya sanksiyalara Tramp razılıq verməlidir - Konqres 

DÜNYA

14 Sentyabr 2025 | 21:46

Rusiyaya sanksiyalara Tramp razılıq verməlidir - Konqres 

ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyaları müstəqil qəbul etməyi planlaşdırmır və bunu yalnız Prezident Donald Trampla razılaşdıqdan sonra edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.

"Prezident dünya səhnəsində güclü və cəsarətli liderdir. O, bütün dünyada sülh üçün çalışıb və digər münaqişələri heç kimin edə bilmədiyi şəkildə həll edib. Bu səbəbdən biz inanırıq ki, o, eyni gücdən və eyni yanaşmadan istifadə edərək, Ukraynadakı müharibəni başa çatdıra bilər ", - Conson əlavə edib./axar.az


SON XƏBƏRLƏR