• Bakı C

    5.06 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Çexiyada kimya zavodda partlayış: 3 yaralı

DÜNYA

15 Avqust 2025 | 21:56

Çexiyada kimya zavodda partlayış: 3 yaralı

Çexiyanın Pardubitse şəhərindəki "Synthesia" kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "ČTK" informasiya agentliyi xəbər verib.

Məlumata əsasən, partlayış saat 14:00-dan sonra müəssisənin əsaslı təmir işləri aparılan binalarından birində baş verib.

Kimya zavodunun rəhbərliyi bunun texniki qəza olduğunu bildirib. Dəymiş maddi ziyan cüzi olaraq qiymətləndirilir.


SON XƏBƏRLƏR

10 Yanvar 2026