• Bakı 24° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Alyaskadakı görüşdə Putinlə Trampın bədən dili analiz ediləcək

DÜNYA

15 Avqust 2025 | 21:44

Alyaskadakı görüşdə Putinlə Trampın bədən dili analiz ediləcək

Dünyanın müxtəlif ölkələrindən olan ekspertlər Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş zamanı onların bədən dilini təhlil etmək niyyətindədirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazır.

Nəşr xatırladır ki, Ukrayna böhranının başlanğıcında Tramp Putinin hərəkətlərininin kifayət qədər ağıllı olduğunu bildirib. Lakin bu yaxınlarda o, Rusiya ilə danışıqların mürəkkəbliyindən məyus olduğunu bildirib.

"Həmişə olduğu kimi, Trampın davranışlarını proqnozlaşdırmaq çətindir. Bunun Rusiya üçün hansı nəticələrinin olacağı bəlli deyil. Bu və ya digər şəkildə Alyaskada keçirilən birgə mətbuat konfransında Tramp və Putinin tonu və bədən dili diqqətlə təhlil ediləcək", - məqalə müəllifləri vurğulayırlar.


SON XƏBƏRLƏR