• Bakı 22° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Suriyadakı vəziyyətə dözə bilmərik, 3-4 saat ərzində... - Hakan Fidan

DÜNYA

16 Iyul 2025 | 23:08 | Müəllif: Subhan Mahmudov

Suriyadakı vəziyyətə dözə bilmərik, 3-4 saat ərzində... - Hakan Fidan

Suriyada qeyri-sabit vəziyyətə dözə bilmərik. 3-4 saat ərzində atəşkəs prosesi başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

Fidan İsrailin bir müddətdir bölgədə sabitliyi pozmaq siyasəti yürütdüyünü qeyd edib:

“Bunu edərkən, özünün milli təhlükəsizlik prioritetlərinə əsaslanan və regiondakı digər ölkələrin heç bir qaydasına, qaydalarına, hüquqlarına, suverenliyinə və ərazi bütövlüyünə əhəmiyyət verməyən siyasət aparır”.

Fidan həmçinin Suriyada mərkəzi hakimiyyətin öz iradəsini ortaya qoymasının, təhlükəsizlik, sülh və rifahın bərqərar olmasının böyük əhəmiyyət daşıdığını bildirib.

O qeyd edib ki, İsrail Suriyada parçalanma yaradaraq, xaosu davam etdirmək niyyətindədir:

“Bu, bizim üçün qəbuledilməzdir. Qeyd etdiyim kimi, biz bölgədəki yaxın dostlarımızla işləyirik. ABŞ ilə çalışırıq, ümid edirik ki, yaxın üç-dörd saat ərzində sakitlik və atəşkəs dövrünə girəcəyik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026