Ukrayna Prezidenti Vladimir Zelenski Xalqın Xidmətçisi Partiyasından olan deputatlarla görüşündə yeni Nazirlər Kabinetinə namizədlərin siyahısını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna”ya parlamentdəki mənbələrdən məlumat verilib.
Mənbənin sözlərinə görə, Zelenski namizədlərin siyahısını oxuyub:
Yuliya Sviridenko - Baş nazir;
Denis Şmıqal - müdafiə və strateji sənaye naziri;
Mixaylo Fedorov - Baş nazirin birinci müavini;
Taras Kaçka - Baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini;
Aleksey Sobolev - iqtisadiyyat, aqrar siyasət və ekologiya naziri;
German Qaluşenko - ədliyyə naziri;
Svetlana Qrinçuk - energetika naziri;
Denis Ulyutin - sosial siyasət naziri;
Mədəniyyət naziri ilə bağlı məsləhətləşmələr aparılır.
Yerdə qalan nazirlər isə öz vəzifələrini qoruyacaqlar.