Alyaska sahillərində 7,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Sand Point yaşayış məntəqəsindən 87 km cənubda yerləşib. Zəlzələnin ocağı 20,1 km dərinlikdə olub. Sunami təhlükəsi elan edilib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.