Professorlar Chris Marley və Damian Bailey pizza yeməyi sevənlərin sağlamlığı üçün ciddi xəbərdarlıq ediblər.
Bakıvaxtı.az xəbər verir ki, onların fikirləri El Espanol nəşrində dərc edilib.
Mütəxəssislər bildiriblər ki, həftədə cəmi bir dəfə pizza yemək beyin qan dövranının pozulmasına səbəb ola bilər ki, bu da demans riskini artırır. Bundan başqa, bu yemək insult riskini də yüksəldir.
Marley və Baileyin sözlərinə görə, pizza həmçinin ürəyin fəaliyyətini zəiflədir, çünki o, qan damarlarının tonusuna mənfi təsir göstərir.
Ekspertlər vurğulayıblar ki, bu xəbərdarlıqlar istənilən yaşda olan insanlar üçün keçərlidir. Lakin onların sözlərinə görə, yaşlı insanların beyni bu yeməyin mənfi təsirinə daha həssas olur.